ARPA Elektron terminologiya sözlüyü

Daxil etdiyiniz dilə əsasən axtarış aparılacaq.

Lüğət haqqında

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA: Accountants and Risk Professionals Association) ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətlərində mədəniyyətin zənginləşməsinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilmişdir.

“Elektron terminologiya sözlüyü” Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən heç bir mənfəət güdülmədən geniş istifadəçi kütləsi üçün tərtib edilmişdir. O, Azərbaycan, rus və ingilis dillərində 4000-ə yaxın sözdən ibarətdir. Sözlük Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin yoxlamasından keçərək Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə ARPA Tərcümə Komissiyası tərəfindən yaradılmış, ölkəmizdə sığorta və risklərin idarə olunması sahəsində oturuşmuş vahid terminologiyadan istifadə məqsədi daşıyır. Elektron sözlük aşağıdakı bölmələrdən ibarətdir:

  • korporativ idarəetmə
  • maliyyə bazarları
  • sığorta və risklərin idarə olunması
  • mühasibatlıq və audit

Dəqiq və müasir təriflər yerləşdirməklə bağlı səylərimizə baxmayaraq, ARPA təqdim olunan məlumata görə heç bir məsuliyyət daşımır. Məlumat yalnız ümumi xarakter daşıyır və mənbə rolunu oynamaya bilər. Risklərin idarə olunması kompleks sahə olduğundan tez-tez dəyişir; ona görə də hər tətbiq olunan istilahı daxil etmək mümkün deyil. Sözlük istifadəçilərinə qeyd edilən mənbələr üzrə standart mətnlərə və əlavə mənaları açıqlayan keçidlərə müraciət etmək tövsiyə olunur.

Əməkdaşlıq

AXTARDIĞINIZI TAPA BİLMİRSİNİZ? BU TERMİNİN ELEKTRON TERMİNOLOGİYA SÖZLÜYÜNƏ SALINMASINI VACİB HESAB EDİRSİNİZ? LÜTFƏN, BİZİ XƏBƏRDAR EDİN!

AŞKAR OLUNMUŞ XƏTALAR, ELƏCƏ DƏ FİKİR VƏ TƏKLİFLƏRİNİZ İLƏ BAĞLI ZƏHMƏT OLMASA BİZƏ BU E-POÇT VASİTƏSİLƏ MƏLUMAT BİLDİRİN: office@arpa.org.az

Glossary by Pronet MMC © 2016 ARPA. Bütün hüquqlar qorunur.